İyunun 30-da, saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin də səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq "Zoom" platforması üzərindən - onlayn olacaq.
Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, xüsusi əqdlərin bağlanılması üçün İdarə Heyəti sədrinə səlahiyyət verilməsi və digər məsələlər daxildir.