Bu ilin yanvar-may aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik “MKT İstehsalat Kommersiya” MMC-yə (56 milyon ABŞ dolları) məxsus olub.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə “Azerbaijan International Mining Company Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi (39,4 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (23,2 milyon ABŞ dolları), "Avropa" MMC (19 milyon ABŞ dolları), "P-Aqro" MMC (17 milyon ABŞ dolları), "Export Stream" MMC (16,9 milyon ABŞ dolları), “Khan-El” MMC (13,4 milyon ABŞ dolları),”Azərsun Holdinq” MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu, 12,7 milyon ABŞ dolları), "Sahdag SY" MMC (12,6 milyon ABŞ dolları) və "Green Tech" MMC (12,4 milyon ABŞ dolları) qərarlaşıb.