Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi "MKT İstehsalat Kommersiya" MMC-yə məxsus olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə "Silk Vey Holdinq" MMC-yə məxsus "Silk Vey Vest Aviaşirkəti" MMC, "ASG Business Aviation" MMC, "Baku Steel Company" QSC, fiziki şəxs Gövhər Süleymanova, "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu), “Azerbaijan International Mining Company Limited”, "Tabaterra" QSC, “Khan-El” MMC və "Atena" MMC qərarlaşıb.

Digər xəbərlər