Bu ilin yanvar-fevral aylarında Azərbaycan 79,85 milyon ABŞ dolları dəyərində 68 min ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,5 % və 9 % azdır.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,8 %-ni təşkil edib.
Bundan başqa, 2 ay ərzində Azərbaycan 46,9 milyon ABŞ dolları dəyərində 70,9 min ton meyvə-tərəvəz idxal edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7 % və 16,4 % azdır.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,8 %-ni təşkil edib.