Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 960,9 ton makaron məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % azdır.
Avqustun 1-nə ölkədə 0,2 ton hazır məhsul ehtiyatı yaranıb.