Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 712,9 ton kərə yağı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Avqustun 1-nə ölkədə 118,8 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə azdır.