Azərbaycan Mərkəzi Bankı "Çinar Park" QSC biznes mərkəzinin səhm emissiyasını dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 2 manat olan 2 105 005 yeni səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Yerləşdirmə baş tutsa, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 4 210 010 manat və yaxud 97,3 % artaraq 4 325 398 manatdan 8 535 408 manata çatacaq.
Xatırladaq ki, "Çinar Park" 2006-cı ildə yaradılıb, Bakı Ziya Bünyadov prospektində yerləşir.