Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyon 483,9 min dekalitr meyvə şirəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % azdır.
Hesabat dövrünə Azərbaycanda 95 min 403,6 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da, illik müqayisədə 6,9 % azdır.
Avqustun 1-nə ölkədə 570,6 min dekalitr meyvə şirəsi ehtiyatı, 19 min 299,3 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 26,6 % və 9,5 % azdır.