Azərbaycanda kolbasa istehsalı 11 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 17 min 331,3 ton kolbasa məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.

Avqustun 1-nə ölkədə 54 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 40,3 % çoxdur.

Digər xəbərlər