Azərbaycanda içki istehsalı 74 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 61 milyon 069,9 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,8 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 6 milyon 199,2 min dekalitr (1 il əvvələ nisbətən 17,5 % çox), o cümlədən araq istehsalı 939,2 min dekalitr (11,3 % çox), viski-konyak istehsalı 184,6 min dekalitr (3,7 dəfə çox), üzüm şərabı istehsalı 865,2 min dekalitr (42,7 % çox), pivə istehsalı 4 milyon 210,2 min dekalitr (11,5 % çox) təşkil edib.

9 ayda 35 milyon 806 min dekalitr (il ərzində 19,9 % artıb) spirtsiz içki, 19 milyon 064,7 min dekalitr (38,3 % artıb) şirinləşdirilməmiş sular istehsal edilib.

Bu ilin oktyabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 369,7 min dekalitr, spirtsiz içki ehtiyatı isə 700,1 min dekalitr olub.

Digər xəbərlər