Azərbaycanda "Gömrük–biznes" inkişaf modelinin yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin tətbiqi planlaşdırılır.