Azərbaycanda Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlanılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət başçısının 9 iyun 2024-cü il tarixli fərmanına uyğun olaraq Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlayıb.

"Report" xəbər verir ki, bunu qurumun sədri Elnur Bağırov Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.

"Həyata keçirdiyimiz mühüm addımlardan biri rəqabət qanunvericiliyinə dair məlumatların toplanması və təhlili üçün rəqəmsal platformaların tətbiqi imkanlarının genişləndirilməsidir. Bu əsasla da agentlikdə Elektron Rəqabət İnformasiya Sistemi yaradılır. Sözügedən sistem həm rəqabət, həm də istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək", - deyə o qeyd edib.

Xəbər lenti