Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 21,942 min ton duru bitki yağları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 29 942,2 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 14 % azdır.
Avqustun 1-nə ölkədə 6 033,4 ton duru bitki yağı ehtiyatı, 8 447,2 ton isə marqarin ehtiyatı yaranıb.