Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi ilə bağlı növbəti müsabiqə elan edilib

Bakı. 10 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 5 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqə elan edib.

“Report” Komitəyə istinadən xəbər verir ki, həmin əmlaklar Bakının Nərimanov rayonunda, Ağsu, Zərdab, İmişli və Beyləqan rayonlarında yerləşir.

Qeyri-yaşayış sahələrinin ölçüsü 6-59 kv.metr arasında dəyişir. Onların aylıq icarə haqqı cəmi 7 manatdan başlayır.

Müsabiqəyə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan istənilən şəxs qoşula bilər.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34