Bu ilin I yarısında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 1 milyard 833 milyon 346 min ABŞ dolları dəyərində 3 milyon 795 min 532 ton yük daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,1 % və 24,8 % çoxdur.
O cümlədən, 6 ay ərzində dəmiryolu nəqliyyatı ilə 632 milyon 124 min ABŞ dolları dəyərində 1 milyon 583 min 774 ton yük ixrac olunub, 1 milyard 201 milyon 221 min ABŞ dolları dəyərində 2 milyon 221 min 758 ton yük idxal edilib.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 22,7 %, həcmi 27,3 %, idxal olunan yükün isə dəyəri 1,7 %, həcmi 11,7 % artıb.