Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 320,5 min cüt ayaqqabı istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 % azdır.
Bu il avqustun 1-nə 5,6 min cüt hazır məhsul ehtiyyatı olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 dəfə azdır.