Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 11 milyard 367,1 milyon ABŞ dolları dəyərində 5 milyon 380,8 min ton məhsul daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 3,3 % və 9,2 % çoxdur.
11 ayda avtomobil nəqliyyatı ilə 1 milyard 910,7 milyon ABŞ dolları (16,3 % çox) dəyərində 2 milyon 116,7 min ton (15,2 % çox) yük ixrac olunub, 9 milyard 456,4 milyon ABŞ dolları (1,1 % çox) dəyərində 3 milyon 264,1 min ton (5,6 % çox) yük idxal edilib.