Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 38 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 544 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 329 mənzil və ya 37,7 % azdır.

Təkcə avqust ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 75 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 31 mənzil və ya 29,2 % azdır.

Bu ilin ilk 8 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 25 324, ötən ay isə 3 078 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 43,8 % və 42,3 % azdır.

Bu ilin yanvar-avqust aylarında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 7 961, ötən ay isə 733 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar avqustda Türkiyədə 342, bu ilin 8 ayında isə 3 271 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə avqustda 220, 2023-cü ilin yanvar-avqust aylarında isə 1 408 mənzilə sahib olub.

Digər xəbərlər