Azərbaycan və BƏƏ-nin iş adamları görüşəcəklər

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti BƏƏ-yə səfər edəcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində adı çəkilən komissiyanın 6-cı iclası, Azərbaycan və BƏƏ-nin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.

Digər xəbərlər

Yaşıl Cümə yenidən İrşadda! 19 avqust, 2026 / 14:42