Ötən il Azərbaycan 82,84 milyon ABŞ dolları dəyərində 34 min 979 ton alüminium (emal olunmamış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 55,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 23 min 331 ton (-18 %), Yaponiyaya 13,4 milyon ABŞ dolları dəyərində (+11 %) 6 min 598 ton (+29 %), Özbəkistana 10 milyon ABŞ dolları dəyərində (-10 %) 3 min 542 ton (-7 %), İtaliyaya 1,4 milyon ABŞ dolları dəyərində (-47 %) 491 ton (-51 %), Ukraynaya 1,12 milyon ABŞ dolları dəyərində 420 ton məhsul satıb.
Azərbaycan 3 ilin tamamında Sinqapura (293 min ABŞ dolları dəyərində 144 ton) və 2 il 3 aylıq fasilənin ardından Ukraynaya tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycandan (12 ölkəyə) ixrac edilmiş 45 min 610 ton alüminiumun 62,2 %-i Türkiyənin payına düşüb.