Sentyabrın 2-də, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 108 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
“European Tobacco-Baku” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı isə 44,635 milyon manatdır. Səhmdar cəmiyyəti Azərbaycanın aparıcı tütün məmulatları istehsalçısıdır.