Bu ilin I yarısında Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 725 ton zeytun yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,3 % çoxdur, kəmiyyət olaraq – 32 % azdır.
Hesabat dövründə İspaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,5 % azdır) ton 361,4 ton (-44 %), İtaliyadan 1,1 milyon ABŞ dolları dəyərində (+81 %) 204,5 ton (+15,3 %), Türkiyədən 428,5 min ABŞ dolları dəyərində (-21 %) 89,2 ton (-43 %), Yunanıstandan 90,7 min ABŞ dolları dəyərində (-0,6 %) 67,5 ton (+0,9 %), Lüksemburqdan 13,7 min ABŞ dolları dəyərində (-15 %) 1 ton (-21 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 786,1 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 161,7 ton (+6 dəfə) zeytun yağı ixrac edib.
Azərbaycan Türkiyəyə 570,9 min ABŞ dolları dəyərində 126,8 ton, İraqa 94,4 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 15,9 ton (+45,5 %), Gürcüstana 79,6 min ABŞ dolları dəyərində (+43,8 %) 12,7 ton (-5 %), Özbəkistana 32,7 min ABŞ dolları dəyərində (+72 dəfə) 5,1 ton (+46,4 dəfə), Amerika Birləşmiş Ştatlarına 3,9 min ABŞ dolları dəyərində 0,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.