Azərbaycan Türkiyənin bir bölgəsindən həftədə 5 min ton kartof alır

Türkiyənin Nevşehir bölgəsindən Azərbaycana həftədə 5 min ton kartof satılır.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bölgədən gündəlik satışın həcmi 10-12 min tondur ki, bunun da əsas xarici alıcıları Azərbaycanla yanaşı BƏƏ (Dubay), Qətər, İraq və Suriyadır.

Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyinin İdarə Heyətinin üzvü Ökkeş Yıldırım bildirib ki, kartofun 1 tonu xarici bazara 150-300 ABŞ dollarına, daxili bazara isə 3 min Türk lirəsinə təklif olunur.

Digər xəbərlər