Bu ilin I rübündə Azərbaycana xaricdən 331 min ABŞ dolları dəyərində 255 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 10,3 % azdır.
Hesabat dövründə Azərbaycana İrandan 303,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 233,1 ton (-15,6 %), Misirdən 23,9 min ABŞ dolları dəyərində 18,4 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 3,9 min ABŞ dolları dəyərində (-31 %) 3 ton (-56,6 %) və Türkiyədən 0,2 min ABŞ dolları dəyərində 0,2 ton məhsul idxal edilib.
Bir il 11 aylıq fasilənin ardından Azərbaycan Türkiyədən sarımsaq alışını bərpa edib.