Azərbaycan Türkiyədən qurudulmuş ərik alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 1,7 milyon ABŞ dolları dəyərində 495,1 ton qurudulmuş ərik alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,9 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 952,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,5 dəfə çoxdur) 230,4 ton (+3,4 dəfə), İrandan 700,3 min ABŞ dolları dəyərində (+7,6 dəfə) 231,7 ton (+5 dəfə), Özbəkistandan 65,5 min ABŞ dolları dəyərində (-12 %) 33 ton (-11 %) və Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (-64 %) 0,01 ton (-66,7 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 1 min 495 ton qurudulmuş ərikin 44,9 %-i İranın, 43,8 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər