Bu ilin yanvar-may aylarında Azərbaycan 91,5 milyon ABŞ dolları dəyərində 78 min 76 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,5 %, kəmiyyət olaraq – 3 % çoxdur.
Azərbaycan Rusiyaya 87,85 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 0,6 % çox) 76 min 81 ton (+3,6 %), Belarusa 2,2 milyon ABŞ dolları dəyərində (-30 %) 953,55 ton (-47 %), Polşaya 1,3 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 882 ton (+5,4 dəfə), Ukraynaya 113 min ABŞ dolları dəyərində (-50 %) 141 ton (-52 %), Qazaxıstana 12,4 min ABŞ dolları dəyərində 15,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərib.
Hesabat dövründə Azərbaycana 431 min ABŞ dolları dəyərində (-50 %) 637 ton (-21 %) pomidor idxal edilib.
Azərbaycan İrandan 197,2 min ABŞ dolları dəyərində (+44 dəfə) 358 ton (+44 dəfə), Belarusdan 91,9 min ABŞ dolları dəyərində 35 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 64,4 min ABŞ dolları dəyərində (+228 dəfə) 117,4 ton (+532 dəfə), Türkmənistandan 60,2 min ABŞ dolları dəyərində (-6 %) 109,5 ton (-3,5 %) və Rusiyadan 17,1 min ABŞ dolları dəyərində (-97,8 %) 16,7 ton (-97,5 %) məhsul alıb.