Ötən il Azərbaycan Türkiyədən 101,338 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,2 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 9,6 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,2 % çoxdur.
Türkiyənin 2024-cü ildə polad ixracının ümumi dəyəri illik müqayisədə 8,7 % artaraq 16 milyard 149 milyon ABŞ dollarına, dekabrda isə 7,3 % artaraq 1 milyard 446 milyon ABŞ dollarına çatıb.