Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 10,649 milyon ABŞ dolları dəyərində polad ixrac edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.
Ötən ay Türkiyənin ümumi polad ixracının dəyəri isə illik müqayisədə 54,9 % çox – 1 milyard 630,511 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkənin poladının ən böyük idxalçıları İsrail (165,701 milyon ABŞ dolları, 49,4 % çox), ABŞ (127,798 milyon ABŞ dolları, 5,1 dəfə çox) və Misir (123,456 milyon ABŞ dolları, 6,2 dəfə çox) olub.