Ötən il Azərbaycan Türkiyədən 225,819 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 20,096 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 34,6 % azdır.
Ötən il Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 2,9 % artaraq 16,678 milyard ABŞ dollarına, dekabr ayında isə 3,3 % artaraq 1,479 milyard ABŞ dollarına çatıb.