Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 23,6 milyon ABŞ dolları dəyərində 1 380 ton çəkməli tütün gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq – 67 % çoxdur.
Türkiyədən 19,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 dəfə çoxdur) 1 min 16 ton (+20 dəfə), Ukraynadan 3 milyon ABŞ dolları dəyərində (-71 %) 257,36 ton (-62 %), İordaniyadan 536,6 min ABŞ dolları dəyərində 99 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 333 min ABŞ dolları dəyərində (-66 %) 4,6 ton (-95 %), Rusiyadan 125 min ABŞ dolları dəyərində (+735 dəfə) 2,9 ton (+36 dəfə) məhsul idxal edib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.