Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 83,641 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 7,562 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 28,3 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 6 % artaraq 33 milyard 732 milyon ABŞ dollarına, noyabrda isə 2,3 % artaraq 3,241 milyard ABŞ dollarına çatıb.