Bu ilin yanvar ayında Azərbaycana 584 min ABŞ dolları dəyərində 364 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycana Rusiyadan 178,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63,3 % çoxdur) 180,7 ton (+69 %), Almaniyadan 132,35 min ABŞ dolları dəyərində (+32,4 %) 50,4 ton (+58 %), Belçikadan 78 min ABŞ dolları dəyərində (+90 %) 31,6 ton (+33,3 %), Türkiyədən 67 min ABŞ dolları dəyərində (+46 %) 36,2 ton (+38,5 %), Amerika Birləşmiş Ştatlarından 42 min ABŞ dolları dəyərində (+12 dəfə) 1,9 ton (+2,1 dəfə) məhsul gətirilib.
Üç il 6 aylıq fasilənin ardından Tayvandan (2,1 min ABŞ dolları dəyərində 0,95 ton) tədarük bərpa edilib.