Azərbaycan Slovakiyadan antifriz idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 4 min 819 ton antifriz idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 1 min 994 ton (+42 %), Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (+30 %) 1 min ton (+65 %), Almaniyadan 1 milyon ABŞ dolları dəyərində (+36 %) 399 ton (+41 %), Ukraynadan 472 min ABŞ dolları dəyərində (-3 %) 443 ton (-12 %), Belçikadan 392 min ABŞ dolları dəyərində (+21 %) 163 ton (+31 %) məhsul alıb.

Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Slovakiyadan (4,1 min ABŞ dolları dəyərində 2,1 ton) antifriz tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 4 min ton antifrizin 40 %-i Rusiyanın, 20 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər