Azərbaycan Rusiyadan duz alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 348 min ABŞ dolları dəyərində 2 min 979 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 2 % azdır.

Hesabat dövründə İrandan 196 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 2 min 445 ton (+47 %), Rusiyadan 61 min ABŞ dolları dəyərində (+56 %) 348 ton (+2,4 dəfə), Türkiyədən 26 min ABŞ dolları dəyərində (-54 %) 49,3 ton (-75 %), Pakistandan 18 min ABŞ dolları dəyərində (-38 %) 25,5 ton (+4 %), Çindən 17,2 min ABŞ dolları dəyərində (+22 dəfə) 0,6 ton (+3,4 dəfə) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 11,9 min ton duzun 68,8 %-i İranın, 17 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər