Azərbaycan Rumıniya və Niderlanddan qum tədarükünü bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 4,15 milyon ABŞ dolları dəyərində 61 min 837 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 12 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % azdır) 58 min 238 ton (-13 %), Türkiyədən 547,31 min ABŞ dolları dəyərində (+20 %) 1 min 993 ton (+18 %), İrandan 206,3 min ABŞ dolları dəyərində (-36 %) 1 min 397 ton (-20 %), Amerika Birləşmiş Ştatlarından 95 min ABŞ dolları dəyərində (+731 dəfə) 101 ton (+10 100 dəfə), Böyük Britaniyadan 78 min ABŞ dolları dəyərində (+10 %) 12,6 ton (-19 %) qum alıb.

Azərbaycan 2 il 2 aylıq aradan sonra Niderlanddan (35,77 min ABŞ dolları dəyərində 40,74 ton) və 1 il 11 aylıq fasilənin ardından Rumıniyadan (1,12 min ABŞ dolları dəyərində 0,28 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 86 min 860 ton qumun 95 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər