Azərbaycan Qırğızıstandan lobya alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 779 min ABŞ dolları dəyərində 580 ton lobya (qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,2 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Özbəkistandan 635,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 482,2 ton (-24 %), Qırğızıstandan 80,3 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 44 ton (+93 %), Braziliyadan 49,2 min ABŞ dolları dəyərində 45 ton (bir il əvvəl tədarük olmayıb), Argentinadan 5,9 min ABŞ dolları dəyərində 3,75 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 3,3 min ABŞ dolları dəyərində 3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 3 min ton lobyanın 91,6 %-i Özbəkistanın, 3,2 %-i Qırğızıstanın payına düşüb.

Digər xəbərlər