Azərbaycan Qazaxıstandan mis məftil idxal etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 13,2 milyon ABŞ dolları dəyərində 1 min 516 ton saflaşdırılmış misdən məftil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 7,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 878 ton (+2 %), Rusiyadan 2,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 353 ton (+18 dəfə), Qazaxıstandan 1,3 milyon ABŞ dolları dəyərində 153,2 ton, Türkiyədən 977 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 101 ton (+84 %), İrandan 217 min ABŞ dolları dəyərində (-82 %) 25 ton (-83 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.

Digər xəbərlər