Azərbaycan Polşadan soyuducu alışını 4 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 47,75 milyon ABŞ dolları dəyərində 144 min 812 ədəd soyuducu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 52 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 11,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 44 min 228 ədəd (+57 %), Çindən 8,5 milyon ABŞ dolları dəyərində (+69 %) 36 min 902 ədəd (+2,6 dəfə), Tailanddan 8,48 milyon ABŞ dolları dəyərində (-31 %) 16 min 16 ədəd (-35 %), Türkiyədən 7,5 milyon ABŞ dolları dəyərində (+48 %) 21 min 149 ədəd (+70 %), Polşadan 3,42 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 7 min 52 ədəd (+4,4 dəfə) soyuducu alıb.

2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 140 min 486 ədəd soyuducunun 29 %-i Rusiyanın, 21,8 %-i Tailandın, 18,1 %-i Türkiyənin, 13,8 %-i Çinin payına düşüb.

Digər xəbərlər