Bu ilin yanvar-avqust aylarında Azərbaycan 66,35 milyon ABŞ dolları dəyərində 18 min 449 ton şokolad idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 9,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 28,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % azdır) 10 min 29 ton (-10 %), Türkiyədən 9,7 milyon ABŞ dolları dəyərində (+29 %) 1 min 974 ton (+12 %), Polşadan 5,9 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 944 ton (+4,3 dəfə), Ukraynadan 5,8 milyon ABŞ dolları dəyərində (+51 %) 1 min 969 ton (+50 %), Niderlanddan 3,8 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 736 ton (+2,9 dəfə) şokolad alıb.
2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.