Azərbaycan Pakistandan düyü alışını iki dəfə artırıb

Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 32,5 milyon ABŞ dolları dəyərində 36 min 430 ton düyü gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 15,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 32 min ton (+46 %), Çindən 1,5 milyon ABŞ dolları dəyərində (+54 dəfə) 1 min 831 ton (+37 dəfə), Pakistandan 998 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 208 ton (+2,1 dəfə), Qazaxıstandan 335,4 min ABŞ dolları dəyərində (-85 %) 445,4 ton (-88,4 %), Tailanddan 296 min ABŞ dolları dəyərində (-61 %) 403,2 ton (-60 %) düyü tədarük edib.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər