Azərbaycan Özbəkistandan duz tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 256,3 min ABŞ dolları dəyərində 2 min 90 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə İrandan 135,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32,4 % çoxdur) 1 min 694 ton (+33 %), Rusiyadan 42,4 min ABŞ dolları dəyərində (+69 %) 215,4 ton (+53 %), Türkiyədən 25,2 min ABŞ dolları dəyərində (-28 %) 49 ton (-64 %), Pakistandan 17,6 min ABŞ dolları dəyərində (-37 %) 25,5 ton (+4,4 %), Qazaxıstandan 16,3 min ABŞ dolları dəyərində 57,6 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan (8,2 min ABŞ dolları dəyərində 44 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər