Azərbaycan Özbəkistandan alışdırma şamlarının idxalını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 2 349 960 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,5 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Yaponiyadan 919,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 197 200 ədəd (-4 %), Çindən 894,9 min ABŞ dolları dəyərində (-25 %) 1 250 816 ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 655 min ABŞ dolları dəyərində (+49 %) 11 270 ədəd (-6 %), Cənubi Koreyadan 397 min ABŞ dolları dəyərində (-5 %) 117 868 ədəd (-18 %), Almaniyadan 326 min ABŞ dolları dəyərində (-8 %) 74 052 ədəd (-25 %) məhsul alıb.

Azərbaycan 2 ilin tamamında Özbəkistandan (1,5 min ABŞ dolları dəyərində 1 000 ədəd) alışdırma şamlarının tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 3,35 milyon ədəd alışdırma şamının 68,2 %-i Çinin payına düşüb.

Digər xəbərlər