Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 183,4 min ABŞ dolları dəyərində 1 min 128 ədəd at ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % azdır, kəmiyyət olaraq – 4,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Qazaxıstana 159,58 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 % çoxdur) 1 min 18 ədəd (+14 %), Özbəkistana 7,5 min ABŞ dolları dəyərində 50 ədəd, Qırğızıstana 6,75 min ABŞ dolları dəyərində (-73 %) 45 ədəd (-72 %), Gürcüstana 4,6 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 4 ədəd (+2 dəfə), Rusiyaya 3,36 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 3 ədəd (+3 dəfə) at satıb.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Özbəkistana tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycandan (5 ölkəyə) ixrac edilən 3 min 524 ədəd atın 90,1 %-i Qazaxıstanın payına düşüb.