Ötən il Azərbaycan 83 min ABŞ dolları dəyərində 8,1 ton mis boru və borucuq ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 24 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistana 76,34 min ABŞ dolları dəyərində 7,63 ton, Gürcüstana 5,96 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 0,42 ton (-68 %) və Rusiyaya 0,49 min ABŞ dolları dəyərində 0,01 ton mis boru satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan və Rusiyaya tədarük həyata keçirilib.