Azərbaycan Norveçdən polad prokatının tədarükünü bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 220,4 milyon ABŞ dolları dəyərində 272 min 303 ton polad prokatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 116,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 178 min ton (+66 %), Çindən 70,7 milyon ABŞ dolları dəyərində (+15 %) 63 min 160 ton (+30 %), Türkiyədən 14,1 milyon ABŞ dolları dəyərində (-16 %) 11 min 608 ton (-4 %), Qazaxıstandan 9,15 milyon ABŞ dolları dəyərində (-48 %) 9 min 354 ton (-41 %), İrandan 6,6 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 7 min 749 ton (+6,4 dəfə) məhsul alıb.

Azərbaycan 4 il 4 aylıq fasilənin ardından Norveçdən (53,3 min ABŞ dolları dəyərində 0,7 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 307 min 384 ton polad prokatının 58 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər