Azərbaycan Malayziyaya pambıq yağı ixrac etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 1,26 milyon ABŞ dolları dəyərində 2 min 216 ton pambıq yağı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 dəfə, kəmiyyət olaraq – 123 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 693,81 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 777 dəfə çoxdur) 1 min 338 ton (+16 725 dəfə), Malayziyaya 373,95 min ABŞ dolları dəyərində 534,22 ton, Tacikistana 169 min ABŞ dolları dəyərində 325 ton (bir il əvvəl tədarük olmayıb) və Qırğızıstana 23,8 min ABŞ dolları dəyərində (-25 %) 18,2 ton (-0,2 %) məhsul ixrac edib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyaya tədarük həyata keçirilib.

Digər xəbərlər