Azərbaycan Malayziyadan çilçıraq idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 4,183 milyon ABŞ dolları dəyərində 729,5 ton çilçıraq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,74 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,1 % çoxdur) 680 ton (+14 %), Türkiyədən 434,5 min ABŞ dolları dəyərində (+11 %) 28,8 ton (-17,7 %), Çexiyadan 397 min ABŞ dolları dəyərində (+42 dəfə) 2,2 ton (+2,7 dəfə), İspaniyadan 247 min ABŞ dolları dəyərində (+25 dəfə) 3,63 ton (+8,6 dəfə), İtaliyadan 195 min ABŞ dolları dəyərində (-34 %) 4,5 ton (-73 %) məhsul alıb.

Üç il 6 aylıq fasilənin ardından Azərbaycan Malayziyadan (14 min ABŞ dolları dəyərində 0,2 ton) çilçıraq tədarükünü bərpa edib.

Digər xəbərlər