Bu ilin yanvar-iyul aylarında Azərbaycan 807,7 min ABŞ dolları dəyərində 110,35 ton yaşıl çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,2 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Azərbaycan Rusiyadan 258,1 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 9 % azdır) 30,2 ton (-12 %), Çindən 180,1 min ABŞ dolları dəyərində (-15 %) 48,4 ton (-24 %), İrandan 106,6 min ABŞ dolları dəyərində (+4 dəfə) 15,7 ton (+4 dəfə), Türkiyədən 74,95 min ABŞ dolları dəyərində (-18 %) 4,4 ton (-3 %), Birləşmiş Ərəb Əmirliklərindən 69,3 min ABŞ dolları dəyərində (+38 %) 6,1 ton (+32 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Lüksemburqdan (0,9 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan həmçinin 239 min ABŞ dolları dəyərində (-2 %) 38,3 ton (-38 %) yaşıl çay ixrac edib.
O cümlədən Ukraynaya 164,3 min ABŞ dolları dəyərində (+61 %) 28,2 ton (+47 %), Gürcüstana 17 min ABŞ dolları dəyərində (+0,4 %) 2,2 ton (-7 %), Moldovaya 13,2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 2,1 ton (+2,8 dəfə), İsrailə 10 min ABŞ dolları dəyərində (+31 %) 1,7 ton (+9 %), Amerika Birləşmiş Ştatlarına 8,2 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,3 ton (+14 dəfə) məhsul satılıb.