Azərbaycan Lüksemburqdan şveller alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 2 min 515 ton şveller idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə İrandan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 1 min 590 ton (+2,5 dəfə), Rusiyadan 702,1 min ABŞ dolları dəyərində (-1 %) 793 ton (-15 %), Türkiyədən 128 min ABŞ dolları dəyərində (-60 %) 115,3 ton (-56 %), Almaniyadan 25,1 min ABŞ dolları dəyərində 4,6 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 16,8 min ABŞ dolları dəyərində 6,9 ton (bir il əvvəl tədarük olmayıb) məmulat gətirilib.

Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Lüksemburqdan (2,2 min ABŞ dolları dəyərində 0,44 ton) şveller alışını bərpa edib.

Digər xəbərlər