Azərbaycan Koreyadan avtomobil şinlərinin alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 37,494 milyon ABŞ dolları dəyərində 746 min 957 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 18,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 26,614 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 60 % çoxdur) 496 min 990 ədəd (+44 %), Türkiyədən 5,1 milyon ABŞ dolları dəyərində (-9 %) 90 min 581 ədəd (-26 %), Koreyadan 2,653 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 70 min 36 ədəd (+2,2 dəfə), Rusiyadan 1,17 milyon ABŞ dolları dəyərində (-57 %) 27 min 844 ədəd (-55 %), Yaponiyadan 692,35 min ABŞ dolları dəyərində (-36 %) 6 min 995 ədəd (-28 %) məhsul alıb.

2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.

Digər xəbərlər